• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 14.01.2020 10:11

Adaptiv asqılı ilk Subaru modeli təqdim olunub

Gözlənildiyi kimi, Subaru şirkəti Tokyoda keçirilən tüninq sərgisində Levorg Prototype STI Sport protoipini nümayiş etdirib. Universal yapon markasının tarixində adaptiv asqı və Drive Mode Select hərəkət rejimləri sistemi ilə təchiz edilən ilk avtomobil hesab olunur.

Prototipin əsasını Subaru Global Platform təşkil edir. Prototip yeni 1,8-litrlik oppozit turbomühərriki, təkmilləşdirilən EyeSight təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilib. Sonuncu sistem nəinki ön kamera, həmçinin dörd radarla da təmin olunub.

Yapon markasının tarixində ilk dəfədir ki, avtomobildə sərtliyi elektronika  ilə tənzimlənən amortizatorlar  və idarəetmə elektronikasının rejimlərini seçmək imkanı verən Drive Mode Select sistemi quraşdırılır. Sistemin selektoru sükan çarxında yerləşdirilib. Hər bir rejim mühərrik, asqı, sükan gücləndiricisinin və tamötürməli transmissiyanın özünəməxsus tənzimləmələrinə malikdir. Göründüyü kimi, yeni sistem əvvəlki SI-Drive sisteminə bənzər olsa da, avtomobilin xarakterinə daha çox nəzarət edə bilir.