• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 13.01.2020 19:45

Şəmkir sakini qədim maşınlara xüsusi maraq göstərir

KepezTV Player

70 yaşlı Pobeda, 54 yaşlı Volqa, 43 yaşlı UAZ. Şəmkir sakininin qoruyub saxladığı, hətta müasir dizayn verdiyi bu avtomobillər görənlərin diqqətini cəlb etməyə bilməz, elə bizim də. Tarixi özündə yaşadaraq yenilənən avtomobilləri indi siz də görəcəksiniz.

Şəmkir sakini Füzuli İbrahimovun tarixin arxivinə köçən avtomobillərə xüsusi marağı var. Onun yaşadığı evin həyətində tarixi uzaq keçmişə söykənən 3 müxtəlif modeldən olan avtomobil mövcudluğu belə deməyə əsas yaradır. 1949-cu il istehsalı Pobeda, 1965-ci ildə konveyrdən çıxan Volqa və 1976-cı ildə istifadəyə verilən UAZ.

Füzuli İbrahimov - avtomobillərin sahibi: Babalarımızın dövrünə aid olan maşınlardır. Yəni biz onda uşaq olmuşuq. Bizim vəzifəli şəxsiyyətli şəxslər rayonda bu maşınlarla gəziblər. Biz uşaq vaxtı görümüşk. Bundan da bizdə həvəs yaranıb.

Hər üç avtomobili bu günədək qoruyub saxlayan kolleksiyaçı tək bununla kifayətlənməyib. Böyük həvəslə və xüsusi zövqlə müasirləşdirib də.  

Hər üç avtomobildə qədimilik qorunmaqla müasirlik də diqqət mərkəzində saxlanılıb. Belə ki avtomobillərlə istər tək istərsədə ailəvi uzaq səfərə çıxan zaman yölüstü yüngül qəlyanaltı etmək üçün bu cür xüsusi şəraitdə yaradılıb.

Füzuli İbrahimov - avtomobillərin sahibi: Bizim rayon dağ ətəyi rayon olduğu üçün qışda çıxırıq dağa bu maşında gözəl istirahət edirik. Burada hər bir şərait yaradılıb. İstirahət üçün çaynı servizimiz var.

Avtomobillərin sahibi deyir ki, sözügedən maşınları qoruyub saxlmaq və bu şəkildə müasirləşməkdə məqsəd heç də qazanc əldə etmək deyil. Yalnız avtomobilərə olan həvəs bu nəqliyyat vasitələrinə xeyli xərc çəkməyə vadar edib. Füzuli İbrahimov avtomobillərin hər birinin təmirinə təxminən 30-35 min manat civarında pul xərclədiyini də gizlətmir. Amma çəkilən xərci ödəyəcək kəslər olsa satmaq barədə fikirləşə bilər.  

Füzuli İbrahimov - avtomobillərin sahibi: Maraqlanan çox olub. Bakı Gəncə və digər şəhərlərdən gəlib baxıblar. Ancaq əvvəllər satmaq fikrim olmayıb. İndi bir neçə ildir sürmürəm qarajda qalıb. İndi razılaşallarsa sataram.

Bir vaxtların qədim Qara Volqası indi Şəmkir küçələrində tez-tez görünür. Təbii ki avtomobil hərəkətdə olan zaman həm yerli sakinlərin, həm də yolu rayondan keçənlərin diqqətini cəlb edir.

Füzuli İbrahimov - avtomobillərin sahibi: Əla vəziyyətdədir. Detallarının hamısı təzədir. Bir dənə narahatçılıq yoxdur. Üstdə-altda nə var hamısı yenilənib.

Şəmkir sakini avtomobilləri satacağı təqdirdə alıcı ilə maşınların qorumasına dair razılıq əldə edəcəyini də dilə gətirib. Əks halda verilən pula baxmayaraq satmaq fikrindən daşınacaq.

Natiq Hüseyn