• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 13.01.2020 19:32

“Gəncə” liderlərsiz məğlub oldu

KepezTV Player

Kişi basketbolçuların Super Liqasında 3 həftəlik qış fasiləsi başa çatıb. Bununla da 2-ci dövrəyə start verilib. Komandalar 12-ci turun oyunları üçün meydana çıxıblar.

Hesabat turunda Gəncəni çempionatda təmsil edən şəhərin eyniadlı komandası “Atletik” klubu olub. Rizvan Səfərovun yetirmələri ilk dövrədə məğlub etdiyi rəqibi bu dəfə yenmək iddiasında olub. Turnir cədvəlində Bakı komandasından öndə olan “sarı-göylər”in yenə qələbə qazanacağını təxmin edənlər bu dəfə yanılıb. “Gəncə” eyni uğurunu təkrarlaya bilməyərək 59:76 hesabı ilə uduzub. Klubun məğlubiyyətində itkilər öz rolunu oynayıb. Belə ki, kollektivdə 3 əsas oyunçunun yoxluğu yenilgini şərtlənib. Fasilə ilə bağlı vətənində ləngiyən iki legioner və milli ilə bağlı Avropa səfərində olan kapitan Amil Həmzəyev sadalanan səbəblərdən komandaya kömək edə bilməyib. Növbəti məğlubyyət “Gəncə” liderlərdən geri salıb. Nizami yurdunun təmsilçisi 18 xalla 4-cü pillədə qərarlaşıb.