• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 13.01.2020 10:32

“Samsung” gündəlik məişət işlərini asanlaşdırmaq üçün miniatür robot təqdim edib

“Samsung” şirkəti “CES 2020” sərgisində yeni nəsil məişət texnikası, çərçivəsiz 8K QLED televizoru və "rəqəmli insan" kimi yenilikləri təqdim edib.Maraqla qarşılanan sərginin rəğbət görən nümayişlərindən biri isə, ağıllı ev ekosisteminin, “Ballie” adlı qeyri-adi robotu olub. Ballie ev sahibi olmadıqda mənzilə nəzarət etmək və gündəlik məişət məsələlərini asanlaşdırmaq üçün dizayn edilib.

Miniatür kürə formasında olan bu ağıllı ev ekosistemi, korpusa quraşdırılmış təkərin hərəkət mexanizmi vasitəsi ilə çalışır. Kamera ilə təchiz edilmiş robot öz sahibini izləyib, səsli sorğulara reaksiya verə bilmə xüsusiyyətlərinə malikdir. Qurğuda tamamilə avtonom hərəkət imkanı nəzərdə tutulub...