• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 13.01.2020 10:33

Samsunq insana oxşar robotu ilə xəyalları gerçəkləşdirdi

Cənubi Koreya şirkətinin NEON adını verdiyi proyektin insana olduqca bənzəyən və hissiyatlı reaksiyalar verə bilən virtual köməkçi olduğu bildirilib.

NEON-un təqdimatı ABŞ-ın Las-Veqas şəhərində CES (İstehlakçı Elektron Şousu) tərəfindən təşkil edilən istehlakçı elektronikası sərgisində baş tutub.

Süni insan modeli səhiyyə və qeydiyyat bölməsi işçisi kimi çalışa biləcək.

Öz aralarında yoldaşlıq qura bilmə qabiliyyətinə sahib olan robotların televiziya və kinoda da bəzi rolları ifa edəcəyi bildirilib.

Bundan əlavə, bir çox dildə danışma bacarığı olan robotlar təqdimat mərasimlərində aparıcılıq edə biləcək.