• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 11.01.2020 16:57

"Gəncə" komandası "Atletik"ə qarşı

KepezTV Player

Bu gün kişilər arasında basketbol üzrə Azərbaycan çempiontında 12-ci turun oyunları keçiriləcək. 3 həftəlik aradan sonra komandalar növbəti qarşılaşmalarına çıxacaqlar. Ölkə birinciliyində mübarizə aparan “Gəncə” komandasının rəqibi bu tur “Atletik” klubu olacaq. Qərb kollektivi 5-ci turda atletləri 91:79 hesabıyla məğlub edib. Gəncəlilər eyni uğuru təkrarlayaraq bu qarşılaşmada da qələbə qazanmaq arzusundadılar. Ancaq Nizami Yurdunun komandasını 2 xal geridən izləyən “Atletik” də vəziyyətini yaxşılaşdırmaq üçün qalib gəlməyə çalışacaq. Bu baxımdan qarşılaşmanın maraqlı keçəcəyi gözləniləndi. Qeyd edək ki, 17 xalı olan “Gəncə” turnir cədvəlində eyni xala malik “Sərkərdə” ilə birlikdə 3-cü - 4-cü pillələri bölüşdürür.