• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 10.01.2020 19:06

Gəncəli boksçular yığmaya dəvət alıb

KepezTV Player

Gəncə boks məktəbinin iki yetirməsi kişilərdən ibarət Azərbaycan milli komandasına cəlb olunub. Rüfət Hüseynov və Nəbi İsgəndərov növbəti dəfə yığmanın məşqçilər korpusundan dəvət alıb. Hər iki boksçu yanvarın əvvəlindən yeni ilin ilk təlim-məşq toplanışına başlayan millinin tərkibində yer alıb. Yeni baş məşqçi, kubalı Umberto Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Abşeron Olimpiya İdman Kompleksində keçir. Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə bu ikilidən əlavə 16 boksçu dəvət olunub. Hazırlıq prosesi 9 gün davam edəcək və yanvarın 12-də başa çatacaq. Məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.