Xidmət sektorunda yeni fəaliyyətə başlayıb, kiçik mağaza, yaxud kafe açmısız və qısa müddət ərzində biznesdə uğur qazanmaq, müştəri cəlb etmək, gəlir götürmək istəyirsiniz. Amma artıq bazada oturuşmuş, öz mövqelərini bərkitmiş minlərlə rəqibinizin olduğu düşüncəsi sizi qorxudur. Bəs bu halda nə etməli? Rəqabətə dözümlü, gəlir gətirən uğurlu biznes üçün nə lazımdır? Bax, bunu araşdırmışıq, izləyək...
Bütün sahibkarlar bilirlər ki, müştəri məmnuniyyətinə nail olmaq bir qədər çətin məsələdir. Bunun üçün biznesmenlər sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar. Lakin heç də hamı qarşı tərəfin etibarını, inamını qazana bilmir. Nəticədə biznes uğursuzluğa düçar olur. Bəs bazarda uzun müddət duruş gətirə bilən insanların sirri nədədir?
Biznesə başlamadan əvvəl strategiya və taktika düzgün qurulubsa, onun bazardakı payı artır, proseslər optimallaşır və yeni tərəfdaşların tapılmasına təkan yaranır. Lakin bu çətinliklərdən hamı keçə bilmir. Belə olduğu zaman xüsusilə də böhran şəraitində daha həssas olan biznesi ağır itkilər gözləyir. Bəs bu situasiyaya düşməmək üçün nə etməli? Bəli, biznesdə keyfiyyət də, qiymət də çox önəmli amillərdir. Bu nüansları nəzərə almayan biznesmen uğursuzluğa məhkumdur. Müştərisiz heç bir biznes ola bilməz. Ona görə də ən önəmli amil - müştəri məmnuniyyəti daim diqqətdə saxlanılmalıdır.
- Baxış: 333