• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 10.01.2020 19:21

Doktorantura və rezidenturaya qəbulla bağlı hansı dəyişiklər var?

KepezTV Player

Nazirlər Kabineti tərəfindən Respublikanın ali təhsil müəssisələrinin doktorantura və rezidentura pilləsinə qəbul imtahanları ilə bağlı bu il müəyyən dəyişiklər qəbul edilib. Bu barədə daha ətraflı məlumatı sıradakı materialımızdan biləcəksiniz.

Doktoranturaya qəbul olmaq istəyən namizədlər haqda toplanan məlumatlar əvvəlki illərdən fərqli olaraq, bu il DİM-in məlumat bazasında da öz əksini tapacaq. Həmçinin, ali təhsil müəssisəsinin sözügedən pilləsinə sənəd verənlərin növbəti ildən etibarən xarici dil üzrə danışıq bacarıqları yoxlanılacaq. Müvafiq xarici dil üzrə imtahan doktoranturaya qəbul olmaq istəyən hər kəsə şamil olunmur.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri:  DİM və digər orqanlar tərəfindən keçirilən imtahanlarda beynəlxalq sertifikat almış namizədlər bu imtahandan iştirakdan azaddırlar. Sertifakatı olmayanlarlardan müvafiq fənn üzrə DİM tərəfindən imatahan götürüləcək. Bu haqda məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.

Keçid müsabiqə şərtini ödəməyən doktorantlar növbəti imtahana buraxılmayacaq. Rezidenturaya qəbul prosesi ilə bağlı həyata keçiriləcək dəyişiklərə gəldikdə...

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri:  Nazirlər Kabinetinin qərarına əsasən, rezidenturaya qəbul imtahanlarında əvvəlki illərdək olduğu kimi baza və ixtisas imtahanları həyata keçiriləcək. Əvvəllər həkimlik üzrə ali təhsil müəssisəsini başa vuran şəxslər iştirak edə bilirdisə, artıq rezidenturaya sənəd verən həkim ixtisası üzrə təhsil alan 4-cü kurs təhsil alanlar imtahanda iştirak edə bilərlər.

Nəzərdə tutulan imtahandan yalnız məqbul qiymət alanlar təhsil müəssisələri tərəfindən həyata keçiriləcək növbəti ixtisas imtahanında iştirak hüququ qazanacaqlar. Yaxın müddətdə magistraturaya qəbulla bağlı müəyyən dəyişikliklərin həyata keçirilməsi də gözlənilir.