Gəncədə Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən Mərkəzlə əməkdaşlıq edən, şəhərin orta ümümtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün təlim keçirilib. Təlim ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində reallaşıb. 2008-ci ildə respublikanın orta ümumtəhsil məktəblərində yeni tədris proqramı olan kurrikuluma keçilib. Artıq buraxılış imtahanlarında ingilis dili üzrə dinləmə, oxu bacarıqları və kiçik mətnlərə dair materiallar hazırlanır. İngilis dilində oxuma, yazma, dinləmə və danışma bacarıqlarını yoxlamağa da ehtiyac yaranıb. Bu təlim də məhz buraxılış imtahanlarında ingilis dili üzrə qiymətləndirmənin keyfiyyətinin artırılmasına hədəflənib. Tədbiri gələcək imtahanlara hazırlıq mərhələsinin yekunu kimi də qiymətləndirilmək olar. Materialların təkmilləşdirilməsində isə Amerikalı ekspertlərin rolu böyükdür. Gələcəkdə digər dillər üzrə də Dövlət İmtahan Mərkəzi peşəkar inkişaf proqramlarını davam etdirəcək. Gəncədən sonra təlim Şəkidə təşkil ediləcək.
Vəli Hüseyn - DİM-in Strateji İnkişaf Mərkəzinin müdiri: Təlimə gələnlərin əsas kantingeti bizimlə əməkdaşlıq edən test tərtibçilərini əhatə edir. Təlimin əsas məqsədi test yazanların ünsiyyət bacarıqlarını qiymətləndirilməsini yoxlayan testlərin yazılmasına köklənib. Bizdə həm regionda kimlər ki, bu işə cəlb olunub, marağı olub onlar bu regional bölmələrin tövsiyyəsi əsasında çağırılıb. Həmçinin biz Bakı şəhərində də elan vermişdik. Bu elana müsbət reaksiya verən iştirakçılar olub.
Aysel Allahverdiyeva - iştirakçı: Təlimlərin rolu ingilis dili ixtisasına sahib olan müəllimlərin öz sahəsində peşəkarlaşmasına, ixtisaslaşmasına gətirib çıxarır.Dinləmə və yazı bacarıqlarını da göstərir.
- Baxış: 1322