• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 10.01.2020 11:02

“Segway” yeni nəqliyyat vasitəsi yaradıb

"Segway" şirkətinin mühəndisləri yeni nəqliyyat vasitəsi – yumurta formasında kreslo kapsul yaradıblar. Özünü balanslaşdıran yumurta formasında "S-Pod" elektrik kapsulu istifadəçiyə bədəni əymədən qurğunu idarə etməyə şərait yaradır. "S-Pod" hərəkət zamanı oturmağa imkan verir, sürətin və istiqamətin idarə edilməsi isə oturacağa quraşdırılmış coystiklə həyata keçirilir.

 "S-Pod" saatda 38 km sürətlə hərəkət edə bilər. Bu halda hələ ki kapsulun avtonom işləmə müddəti bilinmir. "S-Pod" kapsulunun tam təqdimatı və satışa çıxarılması 2020-ci ilin üçüncü rübündə olacaq.