• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 09.01.2020 20:52

Toğrul 6 aylıq fasiləyə son qoyur

KepezTV Player

Əsgərov yanvarın 10-da İstanbul şəhərində startı veriləcək Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq. Toğrul bu yarışda iştirak edəcək Azərbaycan milli komandasının heyətində yer alıb. Xatırladaq ki, pəhləvan sonuncu dəfə ötən ilin avqust ayının əvvəlində güləşib. O, həmin vaxt Tbilisidə reallaşan Qran-priyə yollansa da, ilk görüşdə zədələnərək mübarizədən çəkilmişdı. Ümumiyyətlə, Əsgərov Rio-2016 olimpiya oyunlarından sonra uzun müddət yarışlardan kənar qalıb. Güləşçi Braziliyadakı Olimpiadanın ardından 2017-ci ildə Hindistan Liqasında iştirak edib və bundan sonra zədə, eyni zamanda məlum dopinq olayı ilə bağlı karyerasına 2 il 7 aylıq fasilə verib. Yalnız Tbilisidə xalça ilə ayrılığa son verən Toğrul qayıdışını istənilən səviyyədə qeyd edə bilməyib. Hətta zədəyə görə lisenziya xarakterli dünya çempionatını da buraxmalı olub. Bununla belə ruhdan düşməyən iki qat olimpiya mükafatçısı zədəsini bərpa edərək yenidən millinin komandanın sıralarına dönüb. O, əvvəlcə Bakıda, daha sonra Dağıstanda, son olaraq isə İstanbulda yığmanın toplanışında olub. 74 kq çəki dərəcəsində qüvvəsini sınayacaq sərbəst güləşçi əvvəlki gücünü itirmədiyini sübut etməlidir. Bu çəkidə məşqçilərin seçim imkanı geniş olduğundan Toğrul həm də qarşıdakı lisenziya xarakterli turnirlər üçün iddiasını ortaya qoymalıdı.