KepezTV Player
Qanunvericiliyə internet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edilib. Nazirlər Kabinetinin qərarına əsasən, mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, simvollararası məsafə kimi bir çox məsələlər təmin edilməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələri iyunun 1-dək təmin etməlidirlər.
- Baxış: 354