• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1203
— 09.01.2020 12:28

Narkotacirin oğurluqlar etdiyi də üzə çıxdı

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə qəsəbədə bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən  tədbir zamanı həmin şəxs, qəsəbə sakini əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətində yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram  narkotik vasitə heroin aşkar olunaraq götürülüb.Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində1 evdən və 7 marketdən pul,tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub. Oğurluq hadisələri həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb. Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.