KepezTV Player
Sabirabadda gənc dəm qazından boğularaq ölüb. Hadisə rayonun Suqovuşan kəndində baş verib.<br>20 yaşlı Camal Cabbarov vanna otağında çimərkən dəm qazından boğulub. Məlumata görə, gənc oğlan ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb. Anoloji hadisə Hacıqabulda da yaşanıb. Meyniman kəndində 13 yaşlı Samirə Muradova hamamda dəm qazından boğulub və dünyasını dəyişib. Goranboyun Xanqərvənd kəndində isə bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Kənd sakini 70 yaşlı Zülfiqar Həşimov və onun xanımı Əntiqə Abdullayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
- Baxış: 434