Gəncədə dəfələrlə məhkum olunmuş “Ramoş” ləqəbli kriminal aləmin üzvü saxlanılıb. Polis əməkdaşları həmin şəxsin üzərindən odlu silah və sursat aşkarlayaıblar. Artıq saxlanılan şəxsin digər kriminal əlaqələri də polislərə məlumdur və bu istiqamətdə əməliyyat tədbirləri aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılıb. Baş Polis İdarəsində ləqəbi “Ramoş” olan şəxsin üzərində axtarış zamanı 1 ədəd “Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.
Yusif Məhərrəmov - müstəntiq: Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanılıb.
Bəhram Səmədovun ətrafında aparılan axtarış tədbirləri nəticəsində kriminal aləmin digər bir üzvü də saxlanlıb. Əvvəllər məhkum olunmuş “Saşa” ləqəbli 35 yaşlı Sabir Şabanov soyuq silahla ələ keçib.
Bəhram Səmədov - saxlanılan şəxs: Bayram günü çayın qırağında bir dəfə havaya atəş açdım. Oda sulu idi deyəsən elə belə səsə çıxartdı.
Hazırda Bəhram Səmədovun odlu silahı haradan və hansı məqsədlər üçün əldə etməsi istiqamətdə araşdırmalar davam etdirilir.
- Baxış: 2291