• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 08.01.2020 10:31

“8К” formatlı yeni “Samsung Q950TS” televizoru tam çərçivəsizdir

"Samsung" şirkəti Las-Veqasda keçirilən "CES 2020" elektronika sərgisində "8К" formatlı qabaqcıl "Q950TS" televizorunu nümayiş etdirib. Televizor tam çərçivəsiz "Infinity Design" ekranı ilə təchiz edilib. Bundan başqa, panelin qalınlığı 15 mm, təsvir ölçüsü 7680 × 4320 piksel təşkil edir.Yeni cihazda"Quantum 8K" süni intellekt prosessoru tətbiq edilib. Xüsusi miqyaslama alqoritmi kiçik təsvir ölçülü əsas təsviri "8К" formatınadək yaxşılaşdırır.

"Object Tracking Sound Plus" texnologiyası səsli müşayiəti daim optimallaşdırmaqla televizorun dinamikləri sayəsində həcmli səsləndirmə effektinin yaradılması üçün 5.1 formatlı audiosistemi formalaşdırmağa imkan verir.
Həmçinin "Bixby", "Google Assistant" və "Amazon Alexa" səsli köməkçi funksiyaları tətbiq edilib. Digər qurğularla bağlantı üçün "Bluetooth" və "Wi-Fi" simsiz rabitə adapterləri nəzərdə tutulub.
Televizorda tətbiq edilən yeni texnologiyalardan biri "AI ScaleNet" sistemidir. O, faylların sıxılması zamanı məlumatların itirilməsini minimallaşdırmaq və aşağı buraxılış qabiliyyətli şəbəkələrdə kontentin "8K" təsvir ölçüsündə ötürülməsi üçün dərin maşın təlimi vasitələrindən istifadə edir. "Samsung Q950TS" televizorunun satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.