Bakının Qaradağ rayonunda "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb. Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb. Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Bakının Nərimanov rayonunda Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi "Daewoo" markalı avtomobilə çırpılıb. Hadisə zamanı "Daewoo"nun sürücüsü xəsarət alıb. Yaralıya təcili tibbi yardım göstərilib.
Bakının Səbail rayonunda "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 59 yaşlı Nəzifə Nəzərovanı vurub.Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona boyunun əzilmiş yarası diaqnozu qoyulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 503