• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 31.12.2019 20:32

2019-cu ilin yekunları

KepezTV Player

Qərb bölgəsinin ən böyük aqrar rayonlarından olan Şəmkirdə əvvəlki illərdə olduğu kimi 2019-c ildə də geniş miqyaslaı qurucluq abadlıq işləri həyata keçirilib. Rayon mərkəzində, qəsəbələrdə və kəndlərdə 10-a yaxın tərbiyyə müəssisəsi, 2 həkim məntəqəsi və 1 məktəb binası yenilənib. Rayonda yeni emal və istehsal müəssisələri də yaradılıb. Ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq bir neçə kəndi birləşdirən yolun yenidən qurulması da geridə qoyacağımız ildə görülən işlərdəndir. Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi işlərinin davam etdirilməsi məqsədi ilə İlin sonuncu ayında dövlət başçısı tərəfindən imzalanan sərəncam da sakinlər üçün ürəkaçan olub.

Göygöldə də 2019-cu il uğurlarla zəngin olub. Aqrar sektorda əldə olunan məhsul bolluğu əhalinin sosial rifah halının yaxşılaşdıırlması istqiamətində həyata keçirlən tədbirlərdəndir. Bu il rayonda bir neçə kəndin ilk dəfə qazlaşdırılması ilə də əlamətdar olub. Növbəti il üçün yeni hədəflərin müəyənləşdirildiyi Göygöldə xüsusi tədbirlər planı hazırlanıb.

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda da nəzərdə tutulan tədbirlərin icrası uğurların əldə edilməsini şərtləndirib. Rayon üçün mühüm əhəmiyyət kəsb edən yol təsərrüfatının yenidən qurulması, ucqar yaşayış məntəqələrindən olan Qırmızı Samux qəsəbəsində yeni körpünün inşası ilin əlamətdar hadisələri sırasındadır. Samuxda kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər həyata keçirilib. Mal-qaranın baş sayının artırılması istiqamətində mühüm işlər görülüb. Suvarmanın yaxşılaşıdırlması üçün yeni subartezian quyuları qazılıb. Əhalinin qaz və işıqla fasiləsiz təchzatı təmin edilib. Növbəti il rayonda qəzalı məktəblərin yenilənməsi bir neçə kənddə yeni tərbiyyə müəssisələrinin inşası qarşıda duran vəzifələrdəndir.

Dağ rayonu olan Gədəbəydə 2019-cu il daha çox kommunal sferada görülən işlərlə yadda qalıb. Rayonun cəbhəyanı zonasında yerləşən 20-a yaxın yaşayış məntəqəsinin ilk dəfə mavi yanacaqla təchizatı ilin əhəmiyyətli hadisələrdəndir. Bundan başqa ölkəmizdə ilk dəfə keçirilən yaylaq festivalı da məhz dağ rayonunda reallaşıb.

Ölkəmizin qərb qapısı sayılan Qazaxda da il ərzində geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Bağça binaları, təhsil və səhiyyə müəssisələri yenilənib. Əhalinin rahat gediş-gəlişini təmin etmək üçün cəbhəyanı kəndlərə yeni yol çəkilib. Qazax şəhərində mövcud olan çoxmərtəbəli binaların dam örtüyü dəyişdirilib. Geniş təmir işləri aparılıb.

Tovuz və Ağstafa rayonlarında da geridə qoyacağımız il bir sıra hadisələrlə yadda qalıb. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan rayonlarda bu sahənin inkişafı diqqət mərkəzində saxlanılıb. Tovuzda Asan Xidmət Mərkəzinin inşası bölgə üçün mühüm əhəmiyyətə malikdir.