• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 31.12.2019 12:04

Azərbaycan vətəndaşlarının Rumıniyada təhsili üçün sənəd qəbuluna başlanılıb

KepezTV Player

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları üçün 2020/2021-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edib. Proqramlar bakalavriat, magistratura, doktorantura üzrə memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq ixtisasları üzrə elan edilib.İştirak üçün son sənəd qəbulu tarixi 7 fevral 2020-ci ildir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları tələb olunan sənədləri Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər. Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.