• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 30.12.2019 19:39

Sürət qatarının sayı artırılıb

KepezTV Player

Azərbaycan Dəmir Yolları QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib. Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib. 5 və 6 yanvar tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 8-də yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq. Mövcud saat 8.45 Bakı-Gəncə və saat 17 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.