• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 30.12.2019 19:45

Gəncəlilər "Yeni il"i harada keçirəcəklər?

KepezTV Player

Yeni ili böyük təmtəraqla qeyd etməyi xoşlayırıq. Kimi ailə üzvləri ilə birlikdə bayramı yaşadığı şəhərdə qarşılayır, kimi isə başqa ölkələrə, məkanlara üz tutur. Bəs görəsən, bayramı münasib qiymətlə harada qarşılamaq olar? Bu il Gəncə sakinləri yeni ili harada keçirməyi planlaşdırırlar?

Ölkədaxili seçimlər arasında Şahdağ və Tufandağ turları daha çox üstünlük təşkil edir. Bununla belə, respondentlərdən fərqli olaraq, yeni ili ölkə xaricində keçirməyi planlaşdıran Gəncə sakinləri də var.

Ülvi Hüseynov - turizm şirkətinin nümayəndəsi: Gürcüstan, Rusiya və Türkiyədir. Bunlar soyuq ölkələrdir. İsti bölgələrə gedənlər də var. Məsələn, Misir.

Ölkəxarici tur paketlərin qiyməti maksimum 8000 azn ola bilər. Qiymətlər seçiləcək ölkə, otel və digər xidmətlərin səviyyəsinə görə müəyyənləşir.

Ülvi Hüseynov - turizm şirkətinin nümayəndəsi: Tur paket şəklində olduğu üçün uçuş, sığorta, transfer, qidalanma daxil minimal qiymət 500 azn-dən başlayır.

Nəticə etibarı ilə, məqsəd birdir. Hamı bu bayramda yaxşıca şənlənmək, qarşıdan gələn təqvim ilində uğur əldə etmək, arzularına çatmaq istəyir. Və ən maraqlısı budur ki, bayramı harada, necə keçirmək, ona nə qədər vəsait xərcləmək insanların yeni ildə uğur əldə etmək şansını artırmır. Sizə bayramı harada keçirəcəyinizdən asılı olmayaraq yeni ildə bolluca şanslar arzulayırıq.