• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 30.12.2019 20:02

Bayram şənliyi keçirilib

KepezTV Player

Gəncədə 31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə ümumşəhər şənliyi keçirilib. Şəhərin baş meydanında yeni ilin semvolları olan şaxta baba və qar qız qonaqları salamlayıb. 31 dekabr tarixinin dünyada yaşayan soydaşlarımızın birlik günün olmasının əhəmiyyətinə toxunulub. 50 milyondan artıq soyadşımızın dünyanın 70-dən çox ölkəsində yaşadığı və azərbaycançılığın təbliği ilə məşğul olduqlarına diqqət çəkilib. İl ərzində idman sahəsində qələbələr qazanan bir qrup idmançı şəhər rəhbərliyi tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Şənlik Gəncənin incəsənət ustalarının çıxışı ilə davam edib.