• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 30.12.2019 12:01

“Motu” tutuldu

KepezTV Player

Kürdəmirdə “Motu”ləqəbli oğru saxlanılıb. Əməliyyat rayon sakinlərinin müraciəti əsasında keçirilib. Belə ki, Əlişraz Abbasov və Məhəmməd Gərayev RPŞ-yə müraciət edərək, onlara məxsus mağazadan oğurluq edildiyi barədə məlumat veriblər. Naməlum şəxs obyektlərdən birindən qapını sındırmaq yolu ilə 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat pulu, digər mağazadan isə tavanı sındıraraq içəri daxil olub 1000 manat dəyərində ərzaq məhsulu oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin əməlləri törədən şəxs Kürdəmir rayon Atakişili kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Motu” ləqəbli 37 yaşlı Ramal Şirinovdur. O, şübhəli şəxs qismində saxlanılıb.