• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2645
— 30.12.2019 12:05

Yük avtomobilinə çırpılan yeniyetmə velosipedçi ölüb

KepezTV Player

Kürdəmirdə ağır yol qəzası baş verib. Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndindən keçən hissəsində kənd sakini, 13 yaşlı Kənan Nəbiyev velosipedlə hərəkətdə olarkən həmkəndlisi, 22 yaşlı Nicat Məlikovun idarə etdiyi "QAZel" markalı yük maşınına çırpılıb. Nəticədə yeniyetmə velosipedçi hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.