• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 30.12.2019 11:02

Galaxy Watch Active 2 - istənilən tərzə uyğun "ağıllı" aksessuar

Galaxy Watch Active 2, nəinki üzərində vaxtı əks etdirən, həm də fiziki aktivliyi izləməyə imkan yaradan və bəzi hallarda hətta smartfonu belə əvəz edə bilən tam funksional kommunikator rolunu oynayan, Samsung - un təqdim etdiyi, ağıllı bir saatdır. Cihaz mexaniki saatın xüsusiyyətlərini tamamilə təkrarlayır, belə ki, bu oxşarlıq Galaxy Watch-ın dəyirmi formasında, klassik siferblatında, düymələrində və hətta kəmər dizaynında əks olunur.  Saat alüminium və ya paslanmayan poladdan istehsal edilmiş korpusda, gümüş, qara və ya qızılı rənglərdə təqdim edilib.

"Ağıllı" saat əlavə elementlər tələb etməyən minimalist bir dizaynda ərsəyə gətirilib. Belə ki, gözoxşayan korpus, incə çərçivə ilə haşiyəyə alınaraq yenilənən displeylə tamamlanıb.  Qeyd edilən bu yenilik sayəsində cihaz daha çox işləmə sahəsi əldə edib. Qeyd edək ki, smart saat parlaq və rəngarəng SuperAMOLED ekranı ilə təchiz olunub ki, burada parlaqlığın avtomatik idarə edilməsi sayəsində, ekranda əks olunan məlumatların hətta günəş işığında belə asanlıqla oxunması təmin edilir.  Saat 1.15 GHz tezliyə malik iki nüvəli Exynos 9110 prosessorundan istifadə edir. Həmçinin burada, 768 MB operativ yaddaş və 4 GB daxili yaddaş da quraşdırılıb ki, bu da müvafiq olaraq istədiyiniz şəkil və ya musiqini birbaşa cihaza yükləməyə imkan yaradır.

"Ağıllı" saat fiziki aktivliyə və sağlamlığa nəzarət etmək, musiqi dinləmək, zənglərə və mesajlara cavab vermək üçün tələb olunan sadə və yığcam interfeysdir.