• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 30.12.2019 11:01

Rivian pikapı «tank dönüşünü» nümayiş etdirib

Rivian şirkəti rəsmi videoçarxı dərc edərək R1T pikapında quraşdırılan Tank Turn sisteminin işini nümayiş etdirib. Elektromobil tank kimi yerində dönür, lakin bunun üçün təkərlərin altında yalnız çınqıllı və ya torpaq səthin olması vacibdir.

Bir müddət bundan öncə, Rivian şirkəti Tank Turn və Tank Steer sistemlərini qeydə alıb. Bu sistemlər elektrik pikapına yerində dönməyə yardım edir. Məlumdur ki, Rivian buraxdığı modellərin bir-birindən qidalanmasını təmin edən sistemi də təklif edir. İlk «yüzlüyü» pikap üç saniyəyə toplayır.