• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 29.12.2019 16:18

Şəmkirdə şəhid ailəsi yeni ili təzə evdə qarşılayacaq

KepezTV Player

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Şəmkir rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən fərdi ev şəhid  Elçin Rüstəmovun ailəsinə təqdim edilib. Ölkədə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Şəmkir rayonunda  üç çoxmərtəbli yaşayış binasının, 60-dan çox fərdi yaşayış evinin inşa etdirildiyi vurğulanıb. Bundan başqa, yüzlərlə müharibə veteranı, əlil və şəhid ailəsi minik avtomobilləri ilə təmin olunub. Yaxın vaxtlarda daha bir neçə fərdi yaşayış evi bu kateqoriyadan olan sahiblərinə təqdim ediləcək. Rəsmi hissədən sonra iki otqalı evdə yaradılan şəraitlə tanışlıq olub.

Gülnarə Rüstəmova - şəhid ailəsinin üzvü Ev problemi hər zaman bizim üçün çətinlik yaradırdı. Bugünkü gün yeni il ərəfəsində dövlətimizin qayğısı sayəsində yeni mənzillə təmin olunuruq. Çox təşəkkürümüzü minnətdarlığımızı bildiririk.

 

Natiq Hüseyn