• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 28.12.2019 21:03

Televizor uşağın dostudur, ya düşməni?

KepezTV Player

Uşaqlarda televizora artan maraq nə ilə əlaqədardır? Bu hansı fəsadlara yol aça bilər?

Son zamanlar azyaşlılar arasında tez-tez rast gəlinən "televizor aludəçiyi" uşaqların həm fizioloji, həm də psixoloji cəhətdən inkişafına təsir edir. Körpələr bu zaman hərəkətsiz qaldıqları üçün passiv uşaqlıq keçirir, inkişafda müəyyən ləngimələr yaşayırlar. Təsadüfi deyil ki, hazırda nitq geriliyi, göz, diqqət zəifliyi, onurğa əyrilikləri kimi bir sıra problemlərə daha çox günün böyük bir qismini televizor qarşısında keçirən balacalarda rast gəlinir.

Aygün Babayeva psixoloq: Cizgi filmlərini seçmək lazımdır. Valideynlər bilməlidir ki, uşaqlar nəyə baxır...

Uşaqları televizordan tamamilə ayırmaq absurt səslənsə də, sözügedən müddəti minimuma endirməkdə fayda var. Çünki televizor qarşısında həddindən artıq vaxt keçirmək azyaşlıda aqressiya yaradır. Bu isə uşaqda yaradıcılıq qabiliyyəti, məsuliyyət hissinin formalaşmamasına gətirib çıxarır.

Aygün Babayeva psixoloq: Uşaqları televizordan uzaqlaşdırın. Onlarla çox vaxt keçirin, uşaqları məşğələlərə yönəldin...

Gələcəyimiz olan uşaqları sevgi ilə tərbiyə etmək valideynlərin üzərinə düşən əsas öhdəliklərdən biridir. Bu nöqteyi nəzərdən, azyaşlıya ayrılan diqqət, onunla qurulan xoş ünsiyyət olduqca vacibdir.Axı, sağlam böyüyən uşaqlar sağlam cəmiyyətin carçısıdır.