Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaradılmış polis və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin ermənilər tərəfindən işğalı başa çatıb.
- Baxış: 305