• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 27.12.2019 17:05

Gəncə samboçusunun Rusiya uğuru

KepezTV Player

Rusiyanın Ulyanovsk şəhərində sambo üzrə beynəlxalq turnir keçirilib. Uşaq və yeniyetmələr arasında təşkil olunan ənənəvi yarışda Gəncə idmançıları iştirak edib.

Gənc məşqçi Xanəhməd Rzazadənin rəhbərliyi altında şimal ölkəsində iki samboçu mükafatlar uğrunda mübarizəyə qoşulub. 27 kq çəki dərəcəsində İsmayıl Ağakişiyev və 32 kq-da Əsəd Əmrahov turnirdə qüvvəsini sınayıb. Hər iki idmançı 9-11 yaşlılar arasında bacarığını göstərib. Nəticələrə əsasən, Ağakişiyev yarışın bürünc medalını qazanıb. Eyni uğuru təkrarlamağa yaxın olan Əmrahov isə 3-cü yer uğrunda görüşdə məğlubiyyətə üzülüb. Qeyd edək ki, Ulyanovsk turniri əvvəllər daxili yarış olsa da, bu ildən beynəlxalq status daşımağa başlayıb. Turnirə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə 6 ölkədən 457 samboçu qatılıb. Yarışda Rusiya, Azərbaycan, Kazaxstan, Tacikistan, Özbəkistan təmsilçiləri döşək üzərinə çıxıb.

Sonda əlavə edək ki, beynəlxalq turnirin təşkilatçıları tərəfindən Gəncə komandasının sambo və cüdo idman növləri üzrə növbəti belə yarışlar üçün Rusiyaya dəvət olunması nəzərdə tutulub.