“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsullarının kimyəvi-sintetik yəni süni maddələrin tətbiqi ilə istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bundan irəli gələrək istehsal olunan məhsulların orqanikliyi diqqət çəkən məqamlardan sayılır.
Hüseynova Elmira - şəhər sakini: Sintetik geyimlər həm uşaqlara həm də böyüklərə ziyandır.Çünki dəri xəstəliyi əmələ gətirə bilər. O məhsulları istifadə etməkdənsə, etməmək yaxşıdır.
Əsgərov Akif - şəhər sakini: Sintetik məhsullar sağlamlığa ziyandır.Bunu həkimlər də deyir, cəmiyyət də.Mən bu məhsulların tam əleyhinəyəm.İnsanlarımıza pambıq məhsullarından istifadə etməyi tövsiyə edirəm.
Adətən insanlar “orqanik məhsul” dedikdə təkcə kənd təsərrüfatı məhsullarını tanıdıqlarını deyirlər. Bu sahəyə emal məhsullarının da aid olduğunu bilmirlər. Bu məhsullar insanlara zərərli deyil, heç bir kimyəvi, pestisid istifadə olunmadan hazırlanır. Belə məhsullara qida, geyim, tesktil, kosmetik vasitələr, müxtəlif növ oyuncaqlar aid edilə bilər.
Bəşirov Vüqar - ekspert: Ekoloji kənd təsərrüfatının tərifində deyilir ki, məhsul istehsalı ətraf mühiti qorumaqla insanların sağlamlığına zərər vurmadan ərzaq və lif istehsalından gedir söhbət.Bu məhsulların bazarının real olması o cəhətdən sübut olunur ki, bu məhsulların qiymətləri bahadır.İnsanları kimyəvi məhsullardan istifadə etməməyə çağırıram.
İnsanların intellekti və imkanları artdıqca təmiz qidalanmağa, belə məhsullardan istifadəyə tələb də artır. Sintetik parçalar isə təbiətə zərər verir, insanların sağlamlığına müəyyən təhlükələr yaradır. Orqanik məhsulların isə qiyməti baha olsa da, insanlara və ekologiyaya ziyan vurmur, istifadə edənlərin isə həkimə tez-tez yolu düşmür.
Orqanik məhsullar insan həyatının 4 sütununu təşkil edir: sağlamlıq, ekologiya, ədalət və qayğı. İstənilən ölkədə orqanik məhsullardan istifadə yerli ənənələrə, əxlaqa və sosial-iqtisadi şəraitə əsaslanmalıdır. Qlobal prinsiplər və normalar çərçivəsində orqanik məhsulların istifadəsi sağlamlığımızı qorumaq üçün əsas sayıla bilər.
- Baxış: 597