KepezTV Player
Gəncədə icbari tibbi sığorta ilə bağlı maarrifləndirici tədbir keçirilib. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə reallaşıb. Görüşdə şəhər ictimaiyyətinin müxtəlif təbəqələrindən olan nümayəndələr iştirak edib. Agentliyin məsul şəxsləri icbari tibbi sığortanın tətbiqi, mahiyyəti barədə geniş məlumat veriblər. Həmçinin, proseslə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sığorta etdirənin hansı hüquq və vəzifələrə malik olması haqda zəruri informasiyalar diqqətə çatdırılıb. İcbari tibbi sığortanın keçiriləcəyi mərhələli tətbiq Gəncə şəhəri üzrə 2020-ci ilin II rübünü əhatə edəcək.
- Baxış: 298