• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 27.12.2019 15:46

İmtiyazlı uşaqlar üçün şənlik keçirilib

KepezTV Player

Gəncədə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada sağlam, əqli və fiziki imkanları məhdud uşaqlar həmrəylik nümayiş etdiriblər. Autizm, əqli qüsurlu, görmə və eşitmə problemi olan şagirdlər də daxil olmaqla 250 məktəbli bayram tədbirində bir araya gəlib. Şagirdlərə xüsusi proqram əsasında dərs keçilən gimnaziyada tədris üçün lazımi şəraitin yaradıldığı, aztəminatlı, çətin həyat şəraiti olan, zəruri sosial məişət şəraiti olmayan ailələrin uşaqları üçün yataqxana imkanı yaradıldığı önə çəkilib. şagirdlərin qidalanmasına da xüsusi fikir verilir. Bayram tədbirində musiqili kompozisiyalar, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar xoş ovqat yaradıb. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər maraqla izlənilib.

Sevinc Tağıyeva - valideyn:  Mənim beş övladım İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alır. Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə bizim uşaqları sevindirdilər. Onlara təşəkkürümüzü bildiririk. Uşaqlara hədiyyələr verdilər. Məktəb rəhbərliyinə, müəllim kollektivinə öz təşəkkürümü bildirirəm.