• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3122
— 08.11.2019 20:03

Dünya çempionu doğma şəhərinə qayıtdı

KepezTV Player

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək sərbəst güləşçilərin dünya çempionatında milli komandamızın uğurlu çıxışında Turan Bayramovun da rolu böyük olub. Gəncə güləş məktəbinin yetirməsi 65 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək yeganə qızıl medalı qazanıb. Və bunun da sayəsində yığmamız komanda hesabında 3-cü yerə layiq görülüb. Gənc pəhləvan artıq doğma şəhərinə qayıdıb. O, Heydər Əliyev parkında Zəfər tağının önündə qarşılanıb. Turanı təbrik etmək üçün Nizami yurdunun idman ictimaiyyətinin nümayəndələri və idmançının yaxınları bir araya gəlib.