• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 26.12.2019 20:35

Məsuliyyətli insan obrazı

KepezTV Player

Cəmiyyət üçün onun üzvlərinin məsuliyyətli olması son dərəcə vacibdir. Bəs insanın özü üçün necə? Məsuliyyətli olmaq bizə bu həyatda kömək edir,  yoxsa əlavə çətinliklər yaradır? Bu gün məsuliyyət barədə danışırıq.

Əslində elə bizim bütün həyatımız bir məsuliyyətdir. Biz hər  gün, hər  an seçim etmək məsuliyyəti qarşısında qalırıq. Və bizim sonrakı həyatımızın hansı səmtə istiqamət götürəcəyi də elə bizim bu seçimlərimizdən asılıdır.

Deməli məsuliyyəti tam dərk edərək yaşayanların, nizamlı həyat tərzi sürənlərin məqsədlərə çatmaq şansı da daha böyükdür.