• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 26.12.2019 20:41

2500 tələbə üçün yeni tədris binası tikilir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universtetinin yeni tədris korpusunun inşasına ötən ilin yayından başlanılıb. Tələbə şəhərciyində tikilən 5 yeni binanın inşası üçün 1,5 hektar yer ayrılıb. Artıq binalarda beton və hörgü işləri yekunlaşıb. Paralel olaraq bütün binaların fasadları milli memarlıq üslübünda işlənilir. Xüsusi layihə əsasında inşa edilən binalarda tələbələrin təhsil almaları üçün laboratoriyalar, tədris otaqları, elektron kitabxana, kompyuter mərkəzi, idman və akt zalları olacaq. Həmçinin burada aqrar yönümlü 3 mərtəbəli peşə məktəbi də inşa edilir. Artıq binanın üçüncü mərtəbəsində  son tamamlama işləri gedir. Gələcəkdə  ırazidə tələbələr üçün yeni yataqxana və yeməkxananın da  inşası nəzərdə tutulub.

Ceyhun Cəbrayılov layihənin memarı:Bina 5 blokdan ibarətdir. A, B, C, D və E bloklarıdır. Hər bir bloklarda da paralel olaraq işlər gedir.  Zirzəmidə elektrik və havalandırma sistemləri qurtarb. Dördüncü mərtəbədə hündürlüyü 6 metrdi olan anfiteatr tipli 150 nəfərlik 2 auditoriya var. Hazırda orada da tamamlama işləri gedir.

Həmçinin tədris binaların həyətdə 500 kubmetr su tutumu olan 2 anbarı da yaradılıb. Bundan başqa transforamtor məntəqəsi, qazanxana və mərkəzi isidib-soyutma sistemi də qurulub. Burada tələbə parkı, idman meydançaları, istirahət guşələri eləcə də yaşıllıqlar salınacaq. Əsasən tikintidə yerli inşaat materiallarından istifadə olunan binalarda 250-ə yaxın inşaatçı çalışır. Yeni tədris korpusunun gələn ilin ortalarına kimi təhvil verilməsi nəzərdə tutulur.