• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 26.12.2019 20:36

Bu dünyadan vaxtsız köçən gənc yazarın xatirəsi belə əbədiləşdirildi

KepezTV Player

Azərbaycan mediası 3 ay əvvəl itirdi gənc yazarı - Bakı Dövlət Universitetin jurnalistika fakültəsinin məzunu Cavid Abbasovu. 26 yaşlı jurnalist qısa ömrünə saysız-hesabsız dostluqlar sığdırdı, bu gün adını əbədiləşdirən insanlar qazandı.

Gülayə Xəlilova sakin: Bura fəaliyət göstərmirdi, biz uzağa gedirdik, əziyyət çəkirdik. İndi çox şükür açılıb, yəqin ki, həmişə işləyəcək.

Uzun müddətdir qapısı bağlı qalan, qəsəbə apteki Cavidin şərəfinə yenidən fəaliyyətə başlayıb və beləliklə, Ankarada müalicə aldığı xəstəxanada vəfat edən jurnalistin xatirəsini dostları insanların ehtiyacı olan yerdə əbədiləşdiriblər.

Elçin Quliyev Cavidin dostu: Aptekimiz gecə saat 12-yə qədər fəaliyyət göstərəcək, həmçinin digər sosial yardımlarımız olacaq apteklə bağlı – imkansız ailələrə güzəşt, pensiyaçılara yardım, endirimlər etmək.

Aynur Abbaslı Cavidin anası: Cavidin özü bildiyiniz kimi orqan çatışmazlığından vəfat etdi, bu aptekdə də istəyərik ki, bütün xəstələr şəfa tapsın, biz də imkansız ailə olmuşuq, ona görə də imkansızlara əl tutmaq üçün belə bir ideya yarandı.

Təşəbbüsü dəstəkləyənlər və fotojurnalisti tanıyanlar onunla bağlı xatirələrini bölüşüblər.

Müzəffər Orucov Cavidin müəllimi: Mən Cavidə tarix dərsi keçsəm də, o öz müəllimlərinə həyat dərsi keçirdi.

Rəna Xəlilova Cavidin dostu:Hər insan xatirəyə çevrilmir, hər insan da xatirəni yaşatmağı bacarmır.

Xaspolad Xəlilov Cavidin dostu:Bir qısa ömrü Cavid qədər şərəfli yaşamaq hər adama qismət deyil. O, qısa ömürdə qohumlarının, dostlarının, yaxınlarının ürəyinə hopmağı bacardı.

Cavidözü 19 fevralda, kiminsə ölümündən təsirlənərək onu tanıyanların indi dilə gətirdiklərini YAZMIŞDI vaxtilə: “Ən pis şeydir doğmanı, yaxınlarını itirmək. Dözə bilmirsən, dözmək istəmirsən. Heç cür barışa bilmirsən həyatla! Həyat çox qısadı. Dünən görürsən bu gün isə yoxdu artıq . Sevdiklərinizə dəyər verin gec olmadan”.