Heydər Əliyev fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Şəmkir rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirib. Talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə baş tutan növbəti aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, idmançılar və ictimaiyyət nümayəndələri könüllü olaraq qan veriblər. Donorlar qan verməzdən öncə həkim müayinəsindən keçib və sağlamlığında problem olmayan 250 nəfərdən qan götürülüb. Şəmkir rayonunda analoji aksiya hər il keçirilir. Sonuncu aksiyada 200-dən çox rayon sakini iştirak edib.
Fariz Ramazanzadə DYP əməkdaşı: Bu gün yol patrul xidməti əməkdaşları olaraq xeyriyyə aksiyasında bizdə iştirak edirik. Buda bizim üçün sevindirici bir haldır. Bizim üçün böyük bir xoşbəxtlikdir ki, bizim qanımız hər hansı bir xəstə üçün ümid yeridir. Gələcəkdə polis əməkdaşları olaraq digər xeyriyyə aksiyalarında iştirak etməyə hazırıq.
Yusif Quliyev Şəmkir RMX Publik Hüquqi şəxsin baş direktoru: Gələnlərin sayı çoxdur. Bu sevindirici haldır. Lakin biz gələn vətəndaşları təbii ki, müayinələrdən keçiririk. Xəsətliyi olanlardan və sağlamlığı imkan verməyənlərdən biz özümüz imtina edirik. Mən bu aktivliyi görürəm düşünürəm ki, 300-dən vətəndaş donor olacaq. Təbii götürülən qan qan bankına yerləşdiriləcək.
Natiq Hüseyn
- Baxış: 551