• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3186
— 06.11.2019 20:14

Veteran jurnalist - Əhməd Qədiroğlu

KepezTV Player

Bu gün Azərbaycan televiziyasının 63, radiosunun isə 93 yaşı tamam olur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir. 1956-cı ildə Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bu günlə bağlı qəhrəmanımız da var. Onu qərb bölgəsində hər kəs tanıyır. Məmurundan ta adi vətəndaşadək. Elə jurnalistlərin də sevimlisidir, onu qələm əhli ağsaqqal da adlandırır. Soyadı Məmmədov olan Əhməd Qədiroğlu.

Əhməd Qədiroğlu 40 ilə yaxındır dövlət televiziyasında çılışır. Əmək fəaliyyətinin 35 ili isə sırf Gəncəbasarla bağlıdır. AZTV-nin bölgə üzrə xüsusi müxbiri olaraq. Ən yaddaqalan dövr kimi xarakterizə edir bu müddəti Əhməd müəllim. Xüsusilə də 1989-1994-cü illər fəaliyyətində silinməz izlər buraxıb. Cəbhə müxbiri kimi qaynar nöqtələrdə olub. Qarabağda gedən döyüşlərdən reportajlar hazırlayıb. Əsasən Kəlbəcər, Ağdam, Goranboy kimi bölgələrdə milli ordunun döyüş əməliyyatları, sakinlərin ağri-acısını nəinki ölkə, eləcə də dünya ictimaiyyətinə çatdırıb. Həmin dövrlərdə lentə alınan kadrlar bu gün də Azərbaycan Televiziyasının arxivində saxlanılır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan materiallarda, sənədli filmlərdə istifadə olunur.

Ölkədə atəşkəsdən sonrakı qeyri-sabit dönəm, əhalinin sosial vəziyyəti, tədricən müşahidə edilən inkişaf templəri, bölgədə baş verən hadisələr Əhməd Qədiroğlunun təqdimatında ekranlara yol tapıb. İctimai, siyasi, sosial, mədəni sahələri əhatə edən sujetlər dolğun, operativ və qərəzsizliyi ilə seçilib. Həttə bəzi məqamlarda təziqlərə məruz qalsa belə qətiyyətindən dönməyib, tamaçıya yönələn materialları ilə diqqət çəkib.

Fəaliyyəti dövründə Həsən bəy Zərdabi, “Qızıl Qələm” mukafatlarına layiq görülən, diplom və medallarla mükafatlandırlan Əhməd Qədiroğlu ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalçısıdır. Bu sıraya bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyi tərəfndən təqdim olunan Milli ordunun 100 illiyi və ictimai birliyin yaranmasının 25 illiyi medalları da əlavə olunub.

Əhməd Qədiroğlu ailəlidir 3 oğul, 1 qız ovladı var. Baba kimi 3 nəvəyə sahibdir. 2 övladı jurnalistin yolunu davam etdirir.