• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1203
— 25.12.2019 12:22

Xəsarət alan sürücü evə buraxıldı

KepezTV Player

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Dədə Dorqud küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü 36 yaşlı Ramin Məmmədov xəsarət alaraq Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti kafi olduğundan evə buraxılıb. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.