• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 25.12.2019 11:01

Samsung şirkəti Galaxy A71 smartfon modelini təqdim etdi

Galaxy A71 smartfon modelin əsas özəllikləri sırasında böyük ölçülü Super AMOLED ekran, diqqəti çəkən texniki göstəricilər və təkmilləşdirilmiş kameralar var. Galaxy A71 modeli 2340x1080 piksel keyfiyyətli 6.7 düym Super AMOLED ekrana sahibdir. Galaxy A51-də olduğu kimi bu modeldə də barmaq izi skanı tenxologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Əsas texniki gösgtəricilərə gəldikdə isə smartfon Snapdragon 730 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı) + 12 MP (123 dərəcə bucaq təsvirli və f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) + 5 MP (f/2.4 diafraqmalı ToF modul) dördlü arxa kamera, 32 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A71-in nə zaman və hansı qiymətə satılacağı barəsində hələlik məlumat yoxdur.