• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 25.12.2019 11:03

Porsche ilk kosmik gəmisini nümayiş etdirib

Porsche şirkəti Lucasfilm ilə ilə birlikdə hazırladığı kosmik gəmini təqdim edib. Alman şirkətindən verilən məlumata görə, şattlın hazırlanmasına iki ay vaxt sərf edilib. Kosmik nəqliyyat vasitəsini “Tri-Wing S-91x Pegasus Starfighter” adlandırıblar.

Porsche şirkətinin dizayn üzrə vitse-prezidenti Maykl Mauer “starfayterin” görkəminin onu “Ulduz müharibələri” dünyasına harmonik şəkildə inteqrasiyasını təmin etdiyini, eyni zamanda, Porsche markasına məxsus olan üslub və nisbətləri nümayiş etdirdiyini bildirib. Məsələn, dizaynerlər kosmik gəminin pilot kabinasından başlayaraq  arxa hissədəki turbinalara qədər daralan formasının Porsche markasının model xəttini xatırlatdığını iddia edirlər.

Bundan başqa, ön “hava girişləri” və “fənərlər”, həmçinin arxa tərəfdəki jalüzilər və mərkəzdə yerləşdirilmiş stop-siqnal Porsche Taycan modelinin müvafiq elementlərini xatırlatmalıdır.  Üstəlik, dizaynerlər  “Peqasusun” interyerinin də Porsche markasına xas olan üslubda dizayn edildiyini də vurğulayıblar.