• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 24.12.2019 20:40

Şagirdlər arasında şahmat yarışı keçirilib

KepezTV Player

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə şagirdlər arasında şahmat birinciliyi keçirilib. Yarışın əvvəlində məktəblilər şahmat idman növünü vəsf edən şerlər söyləyiblər. Daha sonra mübarizəyə start verilib. Ənənəvi xarakter daşıyan birincilik 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunub. Yarışda həm qız, həm də oğlan şahmatçılar qüvvəsini sınayıb. 6-10 yaşarası 28 şagird qalib adı uğrunda zəkasını yoxlayıb. İştirakçılar olimpiya sistemi üzrə mübarizə aparıb. Qeyd edək ki, 39 nömrəli orta məktəbdə 5 ildən çoxdur ki, şahmat üzrə məşğələlər keçirilir. Məşq qruplarında 60-ya yaxın şahmatçı bu idman növünün sirlərinə yiyələnir. Məktəbin şagirdləri mütamadi olaraq şəhərdaxili müxtəlif səviyyəli turnirlərdə, birinciliklərdə çıxış edirlər. Yarışın sonunda mükafatçı yerləri tutan məktəblilərə həvəsləndirici fəxri fərmanlar təqdim olunub.