• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1692
— 05.11.2019 10:41

Jaguar ilk virtual sportkarını təqdim edib

Britaniya markasının dizaynerləri virtual sportkar üzərində işləyən zaman, brendin bugünkü  və keçmiş yarış tarixindən ilham alıblar: əfsanəvi C-type və D-type modellərinin, həmçinin Formula E çempionatında iştirak edən I-type 4 bolidinin təsiri xüsusi ilə güclü olub. Geriyə doğru çəkilmiş kabina isə Jaguar Lightweight E-type modelinə göstərilən ehtiramın əlamətidir. Yaradıcılarının fikrincə, virtual sportkarın əsasını karbon-alüminium monokok təşkil edir. Kuzov panelləri isə “eksperimantal yüngül materiallardan” hazırlanıb. Jaguar Vision GT Coupe modelinin çəkisi 1400 kq. Kupe ümumi hasilatı 1020 at qüvvəsi ilə  hərəkətə gəlir.

Superkarın maraqlı xüsusiyyətləri arasında aktiv antiqanad, sürücüyə lazım olan məlumatları rahat şəkildə təqdim edən KITT-E məlumat sistemi, holoqrafik proyektor, həmçinin tamamlanmış reallığı olan yan şüşələr yer alıb. Bu şüşələrdə maneələr və potensial təhlükəli obyektlər əks etdirilir. Virtual elektrokarın unikal səsli müşayəti Le Manda iştirak edən D-type 603 modelinin 3,8-litrlik sıralı altısilindrli mühərrikinin səsi əsasında hazırlanıb.