• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 23.12.2019 17:48

İdmançılarla görüş keçirilib

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində bu ay ərzində idman sahəsində əldə olunan nəticələrlə bağlı görüş keçirilib. Tədbirdə müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlarda şəhər idmançılarının uğurla təmsil olunduğu və doğma şəhərə medallarla döndüyü vurğulanıb.

Juboksinq-citsu idman növü üzrə Bakıda reallaşan Dünya kubokunda məşqçi Rafael Hüseynovun yetirmələrinin 4 kəmər və 11 medal qazandığı xatırlanıb. Juboksinqçilər 6 qızıl, 4 gümüş və 1 bürünc mükafata layiq görülüblər.  Nizami yurdundan nailiyyətə imza atanlardan arasında pauerliftinqçilər də olub. Gəncə idmançıları Rusiyada keçirilən dünya çempionatında uğurlu çıxışla yadda qalıblar. Milli komandanın tərkibində yer alan ağırlıqqaldıranlar yüksək nəticə göstərək 3 qızıl və 1 gümüş mükafata yiyələniblər. Tədbirdə, həmçinin “Gəncə Avropanın İdman Şəhəri - 2019” layihəsinin icrası müddətində könüllü kimi iştirak edən gənclərin fəaliyyəti haqda da danışılıb, onların işi müsbət qiymətləndirilib. Yekunda idmançılar və könüllülər təltif olunub.