• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 23.12.2019 11:03

Qaşıqla dələduzluq

KepezTV Player

Qaşıq satmaqla dələduzluq etmək. Bəlkə ilk dəfədir belə bir hadisəyə şahidlik edəcəksiniz. Qazaxda baş verən dələdəuzluq hadisəsi ilə bağlı qarşıdakı sujetdə tanış olacaqsınız.

Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev asan qazanc əldə etmək istəyiblər. Qazax sakinlərinin 400 manat pulunu mənimsəyən şəxslərin növbəti çirkin əməlini reallaşdırmağa rayon polisi mane olub. Dələduzluğun üstü Qazax sakininin polisə mürcaiətindən sonra açılıb. Belə ki, iki nəfər naməlum şəxsin onların mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat mənimsədiyi bildirilib. Müraciət əsasında araşdırmalara başlanılıb və hər iki şəxs isti izlərlə saxlanıb. Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxslər Qazax şəhəri ərazisində daha bir ticarət obyektinə daxil olub oradanda eyni üsulla dəldəuzluq etməklə 150 manat pulu ələ keçiriblər.

Saxlanılan hər iki şəxs əməlini etiraf edib.  Onların dələduzluq yolla əldə etdikləri pul eləcə də cinayətdə istifadə etdikləri qaşıqlar üzərlərindən aşkarlanaraq maddi sübut sübut kimi dötürülüb.

Saxlanılan şəxslərin digər şəhər və rayonlardada analoji cinayətlər törətməsi istisna edilmir. Odur ki bu şəxslərin əməlindən zərərçəkən varsa Daxili İşlər Nazirliyinin 102 zəng mrəkzəi xidmətinə və ya yaxınlıqda yerləşən polis orqanlarına müraciət etmələri tövsiyyə olunur.