Futbol üzrə I Divizionda son günlərin ən çox adı çəkilən komandalarından biri “Turan Tovuz”dur. Futbolçuları danışılmış oyunlarda ittiham olunan klubun gələn mövsüm elitada çıxış edəcəyi də müzakirə mövzusudur.
Danılmış oyunlarda iştirak edən 7 futbolçusunun araşdırmalarla cəzalandırılması və futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulması klubun nüfuzuna böyük zərbə oldu. Komanda heyətini yeniləməklə boşluqları doldurmaq üçün transferlər etməyə məcburdur.
Stadionunda təmir-bərpa tikinti işləri getdiyindən “Turan Tovuz”un 2-ci dövrə üçün təlim-məşq toplanışı ilə bağlı məsələsi açıq qalır.
Tovuzlular çempionata Azər Bağırovla start versələr də, onun baş məşqçi postundan ayrılmasından sonra kollektiv İlham Yadullayevə həvalə olundu. Məşqçi baxışları fərqli olduğundan hər bir mütəxəssis komandaya öz oyun fəlsəfəsini tətbiq etməyə çalışır. İlham Yadullayev 2-ci dövrədə azarkeş dəstəyinə də ümid edir.
Böyük futbol ənənəsi, tarixi keçmişi olan “Turan Tovuz”un futbolumuzun Premyer Liqaya qayıdışı komandanın gələcəyinə şübhəsiz ki müsbət mənada təsir göstərəcək. Bu yerdə qərblilərin sonuncu dəfə 6 il əvvəl elitada yarışdığını da xatırladaq.
- Baxış: 812