• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 20.12.2019 19:47

"Günəş qürub edəndə"

KepezTV Player

Azərbaycan xalqının ən qüdrətli söz ustadlarından olan - İmadəddin Nəsiminin dərin poetik fikirləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi kimi qiymətləndirilir. Gəncədə bir qrup könüllü tərəfindən dahi şairin 650 illik yubileyinə həsr olunan "Günəş Qürüb Edəndə" adlı tamaşa nümayiş etdirilib. Gəncə Gənclər Evinin "Teatr klubu"nun və Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc aktyorlarının rol aldıqları səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.