• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 876
— 20.12.2019 19:35

Korrupsiya faktı ilə bağlı yeni məqamlar

KepezTV Player

Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Həyata keçirilən tədbirlər nəticəsində o, saxlanılıb. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov da saxlanılıb. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, kompleks araşdırma tədbirləri nəticəsində toplanılan materiallara əsasən, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də sahibkarlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcədən ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona verilməsini tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlardan alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər və digər dəlillər götürülüb.

Həyata keçirilən digər tədbirlər nəticəsində bu ilin noyabrınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov da saxlanılıb.&nbsp; Onun bu müddət ərzində vətəndaşların hüquq və mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.&nbsp;Belə ki, işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlaxda&nbsp;"Yaşıllaşdırma və işıqlandırma müəssisəsi"nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartlarındakı 236 min  manatən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.&nbsp;<br>Habelə 2017-2019-cu illərdə Yevlaxda abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə büdcədən müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə nağdlaşdırılaraq mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından Şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8000 manatadək olan əsas hissəsi Qoca Səmədova verilib.<br>Qoca Səmədovun müxtəlif tikintilərin aparılması üçün sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. Qoca Səmədov, Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırma davam edir.